Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yeni Suraxanı sakinlərinin kanalizasiya problemi: Xidmət təmirə başladı
Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin sakinləri kanalizasiya xəttinin sıradan çıxmasından şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a müraciət ünvanlanıb.
Müraciətdə vurğulanır ki, qəsəbənin M.Ə.Sabir küçəsində kanalizasiya sisteminin çökməsi sakinlərin gündəlik həyatını iflic edərək, sanitar-epidemioloji təhlükə yaradıb.
"Yolumuzun vəziyyəti acınacaqlı olmaqla yanaşı, həm də təhlükəlidir. Günün qaranlıq saatlarında hər an hadisə baş verə bilər. Çirkab su daşıb həyətlərə, evlərin altına yığılır. Problemi isə həll edən yoxdur. Gəlirlər, baxırlar və çıxıb gedirlər", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problemdən xəbərdardırlar.
"Sözügedən ünvanda 36 metr uzunluğunda istismar müddətini başa vurmuş tullantı su xətti yenisi ilə əvəz edilir. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən ərazidə təmir-bərpa işləri görülür", - deyə məlumatda qeyd olunub.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Səbaildə doqquzmərtəbəli bina qəsdən yararsız hala salınıb? - DİN iddialara cavab verdi
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda