Səudiyyəli jurnalist Camal Kaşıkçının cəsədini Türkiyədən çamadanlarda da çıxara bilərdilər.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.
Nazirin sözlərinə əsasən, qətldə şübhəli bilinən şəxslər jurnalistin ölümündən 3-4 saat sonra Türkiyə ərazisini tərk ediblər.
“Ola bilsin ki, onlar Kaşıkçının doğranmış cəsədini diplomatik toxunulmazlıqlarından istifadə edərək gizli yolla çamadanlarda ölkədən çıxarıblar”, - Akar deyib.