İspaniyanın baş naziri Mariano Raxoy öz müavini Sorayya Saens de Santamariya Anton Kataloniya muxtariyyətinə yeni rəhbər təyin edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkə hökumətinin rəsmi saytında məlumat verilir.
Santamariya bu vəzifəyə Karles Puçdemonun istefaya göndərilməsindən sonra təyin olunub.
Xatırladaq ki, Kataloniya parlamenti oktyabrın 27-də regionun müstəqilliyini elan edib. Qərar gizli səsvermə nəticəsində qəbul olunub.
Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya parlamenti və hökuməti buraxılıb.
S.B.
www.oxu.az