Azərbaycanın cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
Onun sözlərinə görə, ATƏT məkanında bir çox yerlərdə təşkilat korrupsiya, ATƏT-ə üzv ölkələr arasında etimadın olmaması kimi problemlərlə üzləşir.
N.O.
www.oxu.az