Fransanın şərqində pendir istehsal edən zavod qəribə şərəfə nail olub – bura öz eksentrikliyi ilə məşhur olan Şimali Koreyanın dövlət başçısı Kim Çen Inin əmri ilə nümayəndə heyəti gəlib.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, yerli pendir hazırlayanların keyfiyyətli pendir hazırlamaq səylərinin uğursuzluğundan yorulan gənc diktator fransız şəhəri Bezansona ekspertlər komandası yollayıb.
Onlar burada Kim Çen Inin ən çox sevdiyi pendirin hazırlanma sirlərini sürətləndirilmiş kurslarda öyrənəcəklər.
Üç mütəxəssis bir neçə ay milli süd istehsalatı kollecində təhsil alaraq emmental pendirinin hazırlanma sirlərini öyrənəcək.
Göründüyü kimi Şimali Koreyanın dövlət başçısı öz kiçik qastronomik həzlərini təmin etmək üçün heç nə əsirgəmir.
Aliyə İsmayılzadə
www.oxu.az