KXDR liderinin qətlə yetirilmiş qardaşı Kim Çen Nam Amerika kəşfiyyatı ilə əməkdaş ola bilərdi.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, mərhumun şəxsi əşyalarına baxış zamanı böyük məbləğdə: hər biri 30 min dollardan ibarət olan dörd bağlama pul aşkar edilib. Bununla yanaşı müstəntiqlər mərhumun pulu yerli banklardan götürmədiyini müəyyən ediblər.
Bununla əlaqədar Malayziya mütəxəssisləri pulun, ABŞ-ın xüsusi xidmətləri ilə əlaqədar olan amerikalıdan alındığını ehtimal ediblər. Həmin şəxslə Kim Çen Namın daha öncə bir neçə dəfə görüşməsi isə bu versiyanı təsdiqləyir.
Xatırladaq ki, Kim Çen Nam – Şimali Koreya liderinin ögey qardaşıdır. O, 2017-ci ilin fevralın 13-də qətlə yetirilib. Kim Çen Nam Kuala-Lumpur aeroportunda üzünə tərkibində yüksək toksinli VX olan maye sıçradıldıqdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
S.S.
www.oxu.az