"Danimarka Şimali Atlantikada Rusiya bayrağı altında üzən "Marinera" tankerinin ələ keçirilməsində ABŞ-ni dəstəkləyib".
Oxu.Az xəbər verir ki, bu barədə "Newsmax" nəşri ABŞ və Danimarka rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, dəstək ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət məsələsi ilə bağlı son açıqlamaları fonunda baş verib.
Nəşrin mənbələri Danimarkadan gələn dəstəyin konkret nədən ibarət olduğunu deməyiblər və yardımın "ABŞ-nin uğuru üçün vacib"liyi vurğulanıb.
"Marinera" tankeri ABŞ hərbi qüvvələri tərəfindən yanvarın 7-də Şimali Atlantika sularında ələ keçirilib. ABŞ hakimiyyəti tankeri ABŞ sanksiyalarını pozmaqda ittiham edib.
Gəmidə on yeddi Ukrayna, altı Gürcüstan, üç Hindistan və iki Rusiya vətəndaşı olub.