Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbəsi endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ-də yerləşən “Əl-Məsdər” nəşri Yəmən müxbirinə istinadən məlumat yayıb.
Məlumata görə, “Borkan-1” (“Vulkan”) raketi şəhərin qərbində Mazaximiya hərbi bazasına atılıb. Qurban və dağıntılar haqqında məlumat yoxdur. Səudiyyə hakimiyyəti təkziblə çıxış edərək, qığılcımlara səbəbin lokal zəlzələ və ya meteoritin düşməsi olduğunu bəyan edib.
Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanının paytaxtında fövqəladə vəziyyət elan edilib.
Qiyamçı-husilərin sözlərinə görə, sovet raketi “R-17”-nin ixrac variantı olan raket, sabiq prezident Əli Abdulla Salehə sadiq olan yəmən hərbçiləri tərəfindən atılıb.
N.O.
www.oxu.az