Erməni KİV-i Ermənistanın Baş Qərargah rəisinin mümkün istefasından yazdı.
Oxu.Az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.
“Çox güman ki, Ermənistan SQ Baş Qərargahının rəisi Movses Akopyan vəzifəsindən azad ediləcək və onu general-mayor Onik Qasparyan əvəz edəcək.
Prezident Serj Sarkisyanın məhz bu məqsədlə iyunun 15-də Qasparyanı Baş qərargahın rəisinin müavini təyin edərək, xidməti irəliləyişi üçün əsas yaratması ehtimal edilir. Akopyanın sonrakı taleyi barədə hələlik məlumat yoxdur.
Əlavə edək ki, Onik Qasparyan uzun illər N saylı hərbi korpusun komandiri olub”, - “Joxovurd” qeyd edib.
S.S.
www.oxu.az