Britaniyalı şahzadə Harri yeni sevgisini tapıb, The Daily Mail Avstraliya KİV-nə istinadən məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Çarlz və Diananın oğlunun seçimi Yunanıstan və Danimarka şahzadəsi Mariya-Olimpiyadır.
Mənbənin məlumatına görə, Harri aşiq olub və tamamən heyran qalıb. Onlar bir neçə dəfə görüşüblər, Pasxadan öncə İsveçrəyə xizək sürməyə gedəcəklər.
Bundan başqa, Kembricin hersoq və hersoginyası Mariya-Olimpiyanı Harrinin ən yaxşı rəfiqəsi hesab etdikləri də iddia edilir.
Kensinqton sarayında bu məlumatı şərh etməkdən imtina ediblər.
Mariya-Olimpiyanın valideynləri yunan kron şahzadə Pavlos və anası Mari Şantaldır. Şahzadə Nyu-Yorkda doğulub, Londonda böyüyüb. O, beş uşağın ən böyüyü, evin yeganə qızıdır.
Mariya-Olimpiya fəal həyat tərzi keçirir, öz şəkillərini İnstagramda paylaşır.