ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Rusiyanı Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid siyasına daxil etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə nəşrin əlinə keçən sənədə istinadən “Foreign Policy” (FP) məlumat yayıb.
Yeni administrasiyanın müdafiə prioritetlərinin syahısına - “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə, yeni kibertəhlükəsizlik strategiyasının hazırlanması, eləcə də büdcə çatışmazlığının azaldılması daxildir. Bundan başqa, sənəddə Pentaqon nümayəndələrinin iştirakı ilə Çin və Şimali Koreyaya həsr edilmiş brifinqlərin adı çəkilir.
FR qeyd edir ki, analitik yazı təhlükəsizlik sahəsində gələcək administrasiyanın siyasətinin prioritetlərinin reytinqinə müvafiq olaraq tərtib edilib. Təhdidlər siyahısı Pentaqona Trampın keçid komandasının üzvlərindən biri tərəfindən təqdim edilib.
ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasında olan mənbə Rusiyanın təhdidlər siyahısında yer almasına dair şərh verməkdən imtina edərək, bu yazının son olmadığını vurğulayıb. Yüksək vəzifəli amerikalı məmurlar dəfələrlə Rusiyanı ABŞ üçün əsas təhdidlərdən biri adlandırıblar. Əsasən, HHQ naziri Debora Li Ceyms bu barədə üç dəfə bildirib.
N.O.
www.oxu.az