BMT-nin Maarif, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (UNESKO) Qüds üzrə qətnamə qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə AFR agentliyi məlumat yayıb.
Qətnamənin layihəsinin təsdiqlənməsi keçən həftə bu beynəlxalq təşkilatda üzvlüyünü dayandıran İsrail tərəfindən etirazlara səbəb olub.
Oktyabrın 14-də UNESKO işləri üzrə İsrail komissiyasının rəhbəri, yəhudi dövlətinin təhsil naziri Naftali Bennett BMT-nin bu ixtisaslaşdırılmış idarəsi ilə bütün işgüzar əlaqələri dondurmaq barədə qərar qəbul edib. Bu qərar Qüdsdə müqəddəs yerlərə dair status-kvonu təmin edilməsində öhdəçiliklərin pozulduğuna görə İsrailin pislənməsinə dair sənədin layihəsinin qəbul edilməsinə cavab addımı idi.
N.O.
www.oxu.az