Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu axtarışa verib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“Baş Qərargah rəisi cənab Gerasimovun rəhbərliyi altında ayrı-ayrı hərbi qulluqçular dövlətimizin ərazisində münaqişənin hazırlanması və başlanmasını təşkil ediblər”, - deyə, UTX-nin İstintaq idarəsinin rəhbəri Qriqori Ostafiyçuk bəyanatla çıxış edib.
Ukrayna Gerasimov barəsində şübhələr haqqında sənədləri rusiyalı həmkarlarına göndərib.