Türkiyə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən Gürcüstan ilə sərhəddə 7,9 milyon dollar dəyərində 3,5 milyon qutu siqaret müsadirə edilib.
Oxu.Az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, məlumatda bunun ölkə tarixində ən iri siqaret qaçaqmalçılığı olduğu bildirilib.
“Gürcüstan ilə sərhəddə olan Sarpi nəzarət-keçid məntəqəsində aparılan əməliyyat zamanı müasir Türkiyənin tarixində ən iri siqaret qaçaqmalçılığının qarşısı alınıb. Beş yük maşınında 22 milyon türk lirəsi məbləğində (7,9 milyon dollar –red.) 3,5 milyon qutu siqaret olub”, - nazirliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi əməliyyat üç ay müddətində hazırlanıb və Gömrük xidməti və kontrabanda ilə mübarizə xidmətinin əməkdaşları tərəfindən kəşfiyyatn iştirakı ilə keçirilib. Əməliyyat zamanı 15 nəfər, o cümlədən də 5 nəfər Gömrük xidməti əməkdaşı saxlanılıb.