“Roshen” Korporasiyası Kiyevdə mağazalarına basqınlarla bağlı video dəlillər təqdim edib.
Söhbət 2015-ci ilin yanvar ayının 3-dən 11-nə qədər dörd ticarət obyektində baş vermiş qarət və yanğın hadisəsindən gedir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Videoda basqınların gecə saatlarında baş verdiyi aydın görünür. Hər bir mağazaya beş nəfərə yaxın gənc adam yaxınlaşır. Sonra isə vitrinin şüşəsini sındırıb mağazanı yandırıblar. Bir nəfərdən başqa, cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. “Jitomirskaya” metrostansiyası yaxınlığında yerləşən mağazanın mühafizəçiləri dörd nəfərdən birini yaxalamağa nail olublar. O, hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, “Roshen” brendi altında istehsal Ukraynanın prezidenti Pyotr Poroşenkoya məxsusdur.
Ölkənin qanunvericiliyi dövlət işini və şəxsi biznesi uzlaşdırmağı qadağan edir, ona görə də Poroşenko prezident vəzifəsinə başlayarkən, şirniyyat imperiyasını satacağını vəd etmişdi.
O, satışla məşğul olan “Rothschild” fondu ilə saziş bağlayıb.