Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə fikrindən daşındığını, əksinə, əməkdaşlığın genişləndirildiyini bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Petro bunu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdən sonra deyib. Onun sözlərinə görə, narkotik ticarəti və onunla bağlı maliyyə axınları bir ölkənin sərhədlərini aşdığı üçün qərarını dəyişib.
2025-ci ilin noyabrında Kolumbiya prezidenti ABŞ-nin Karib dənizində narkotik daşıması ittihamı əsasında gəmilərə zərbələrindən sonra Birləşmiş Ştatların kəşfiyyat orqanları ilə əlaqələri dayandırmaq barədə əmr verdiyini açıqlamışdı.
Qeyd edək ki, fevralın 3-də Tramp və Petro Ağ Evdə görüşüblər. ABŞ Prezidenti bildirib ki, tərəflər narkotiklə mübarizədə əməkdaşlıq barədə razılığa gəliblər.
2025-ci ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi Kolumbiya prezidentinə, onun həyat yoldaşına və oğluna sanksiya tətbiq edib. Tramp Kolumbiya və Meksikanın narkokartellərin tam nəzarətində olduğunu iddia etsə də, Petro ittihamları əsassız sayıb.