Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.
Oxu.Az-ın Sputnik Azərbaycan-a istinadla xəbərinə görə, bundan əvvəl 293 nəfərin öldüyü, 332 nəfərin xəsarət aldığı, 314-ün itkin düşdüyü bildirilirdi. İndiyədək təbii fəlakət zonasında 301 nəfərin meyiti tapılıb. Ölənlərdən cəmi 173 nəfərin kimliyi müəyyənləşdirilib. Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.
A.S.
www.oxu.az