Kolumbiyada turistləri daşıyan gəmi ölkənin şimal-qərbində Penol su anbarında batıb.
Oxu.Az-ın The Sun nəşrinə istinadən xəbərinə görə, hadisə bazar günü, iyunun 25-də baş verib.
İnsident nəticəsində doqquz nəfərin öldüyü, 28 nəfərin isə itkin düşdüyü bildirilir.
İlkin ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub. Həmçinin göyərtəsində 150 sərnişin olan gəmidə xilasedici jiletlər olmayıb.
S.B.
www.oxu.az