Artıq 20 ildən çoxdur ki, Kann kinofestivalı çərçivəsində amfAR şirkətinin Cinema Against AIDS xeyriyyə gecəsi keçirilir. 1993-cü ildən başlayaraq, Cinema Against AIDS tədbirlərində HİV infeksiyasının tam müalicəsi üçün 100 milyon dollardan çox vəsait yığılıb.
Oxu.Az-ın məlumatına görə, gecənin möhtəşəm qonaqları arasında “Eurovision 2014” müsabiqəsinin qalibi Konçita Vurst da yer alıb.
Gecədə Bar Rafael, Ceyn Fonda, Paris Hilton, Castin Biber, İrina Şeyk, Haydi Klum, Alessandra Ambrossio kimi məşhurlar da iştirak edib.
4828