ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası kontekstində immiqrasiyanın dayandırılması haqqında fərman imzalamaq niyyətindədir.
O, bu barədə özünün “Twitter” hesabında məlumat verib.
In light of the attack from the Invisible Enemy, as well as the need to protect the jobs of our GREAT American Citizens, I will be signing an Executive Order to temporarily suspend immigration into the United States!
— Donald J. Trump (@realDonaldTrump) April 21, 2020
“Görünməz düşmənin hücumunu, eləcə də, böyük ABŞ vətəndaşlarının iş yerlərini qorumaq ehtiyacını nəzərə alaraq, ABŞ-a immiqrasiyanı dayandırmaq haqqında sərəncam imzalayacağam”, - deyə Tramp bildirib.
Qeyd edək ki, martın sonlarında ABŞ-da işsizlərin sayı 1982-ci ilin rekordunu təzələyib.
ABŞ Federal Ehtiyatlar Sistemi koronavirusun yayılması səbəbindən ölkədə iqtisadi aktivliyin kəskin azaldığını qeyd edib.