Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində
Texasda (ABŞ) bir neçə gündür davam edən əlverişsiz hava şəraiti bu gün ştatda vəziyyəti daha kritik hala gətirib. Leysanın səbəb olduğu güclü daşqın regionun bir çox şəhərlərində həyatı, demək olar ki, iflic edib.
Oxu.Az-ın verdiyi məlumata görə, sakinlər təbii fəlakətin nəticələri ilə bağlı sosial şəbəkələrdə kadrlar paylaşırlar.
Onların sözlərinə görə, suyun səviyyəsi bəzi yerlərdə avtomobillərin pəncərələrinə qədər qalxır, bəzi maşınları isə coşqun axın tamamilə yuyub aparır.
Sakinlər küçələrdə, hətta balıqların üzdüyünü bildiriblər.
Sinoptiklər yağışların azı daha iki gün davam edəcəyini proqnozlaşdırırlar.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Putin Kiyevlə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu dedi
- ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı
- Zelenski Papa Fransisklə vida mərasimində iştirak üçün Romaya səfər edib
- ABŞ-də "Nissan" məhkəməyə verildi: Avtomobil hərəkətdə olarkən qapıları açılır
- ABŞ-li senator Trampı İranın nüvə obyektlərini bombalamağa çağırdı