KXDR hakimiyyəti tərəfindən azad edilən amerikalı tələbə Otto Frederik Vombier ABŞ-da dünyasını dəyişib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Vombier KXDR-ə 2015-ci ilin dekabr ayının 25-də Pekindən turist qrupunun tərkibində gəlib, 2016-cı ilin yanvarın 1-də gecə saatlarında xarici turistlər üçün nəzərdə tutulmuş mehmanxananın əməkdaşlar üçün ayrılmış hissəsinə keçərək divardan asılmış siyasi plakatı çıxarıb.
Nəticədə tələbə KXDR Ali məhkəməsi tərəfindən 15 il müddətinə həbs cəzası alıb. O, “Koreya xalqının birliyini pozmağa cəhddə” ittiham edilib.
S.S.
www.oxu.az