Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın dəvətini qəbul edib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Nalbandyan məni Ermənistana dəvət edib. Mən dəvəti qəbul etdim”, - Rusiyanın XİN rəhbəri jurnalistlərə bu barədə Nalbandyanın da iştirak etdiyi Ermənistan ilə diplomatik münasibətlərin yaradılmasına həsr olunmuş sərginin açılışında deyib.
“Səfərin günü ayrıca danışılacaq”, - Lavrov bildirib.
Nalbandyan Moskvaya rusiyalı həmkarının dəvəti ilə gəlib.
N.О.
www.oxu.az