Londonda "Tower Hill" metrostansiyasında vaqonda sərnişinin telefonunun enerji qurğusu partlayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat polisinin nümayəndəsi məlumat verib.
Partlayışdan sonra kiçik yanğın meydana gəlib.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
16:35
London metrosunda partlayış olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə "TowerHill" stansiyasında baş verib.
Şahidlərin sözlərinə görə, partlayış vaqonda qoyulmuş çantada meydana gəlib.
Partlayışdan sonra yaranan sıxlıq nəticəsində 5 nəfər xəsarət alıb. Metronun adıçəkilən stansiyası müvəqqəti olaraq bağlanıb.

N.О.