London polisi İstanbuldan gələn, terror aktlarını hazırlamaqda şübhəli bilinən 21 yaşlı qızı saxlayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniya polisinin saytında məlumat yayılıb.
Qız şəhərin cənubunda yerləşən polis bölmələrindən birinə aparılıb.
Qeyd edilir ki, hüquq-mühafizə orqanları əməkdaşları Londonun şimalında iki ünvanda axtarış aparıblar.
Skotland-Yarddan həbsin Suriya hadisələrinə aidiyyəti olduğu bildirilib.
S.S.
www.oxu.az