Venesuela Prezidenti Nikolas Maduro Bolivar Respublikasının ABŞ tərəfindən hərbi təhdidlərə qarşı müqavimət göstərmək üçün Rusiya istehsalı olan təxminən 5 min ədəd daşınabilən "İqla-S" raket kompleksinə sahib olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
"İqla-S"in gücü dünyadakı hər bir hərbi qüvvəyə məlumdur, Venesuelanın isə ən azı 5 min "İqla"sı var", - deyə Maduro vurğulayıb.
Vaşinqton Venesuela hakimiyyətini narkotiklərin qaçaqmalçılığına qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edir. BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında sentyabrın 23-də etdiyi çıxışında ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, silahlı qüvvələr Venesuela narkokartelləri ilə əlaqəli gəmilərə hücumu davam etdirəcəklər. Məlumata görə, ABŞ yaxın bir neçə həftə ərzində Venesuela ərazisindəki narkokartellərin obyektlərinə də zərbələr endirməyə başlaya bilər.