Mahaçqalada çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş İdarəsindən bildirilib.
Bildirilir ki, qəza zamanı liftdə ümumilikdə doqquz nəfər olub.
"Liftdə dördü uşaq olmaqla doqquz nəfər olub. Beş nəfər (biri uşaq) xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Mahaçqalada (Dağıstan) yaşayış binasında qorxunc hadisə baş verib - insanlarla dolu lift qırılaraq 12-ci mərtəbədən düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Shot" "Telegram" kanalı yayıb.
İlkin məlumatlara görə, liftdə kişi və qadın uşaqlarla birlikdə olublar. Onların hamısı müxtəlif dərəcəli xəsarətlər alıb.
Digər təfərrüat və zərərçəkənlərin vəziyyəti barədə məlumat hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.