Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tehranda liftlə bağlı dəhşətli qəza: Qadın işçi faciəli şəkildə həlak oldu
Tehran şəhər bələdiyyəsində baş verən liftlə bağlı dəhşətli qəza nəticəsində qadın işçilərdən biri faciəli şəkildə dünyasını dəyişib.
"Azad İran" "Telegram" kanalı bununla bağlı binanın daxilində quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntüləri yayıb.
Videoda qəzanın necə baş verdiyi aydın şəkildə görünür. Məlum olur ki, bələdiyyə işçisinin başı söhbətə qarışdığından liftin gəldiyini vaxtında görməyib. Yanındakı həmkarı isə qapının bağlanmasının qarşısını almaq məqsədilə sənəd qovluğunu liftin qapısına sıxışdırıb. Təəssüf ki, qapı yenidən açıldıqda lift artıq hərəkətə keçmiş olub və qadın işçi ehtiyatsızlıqdan boşluğa yıxılaraq həyatını itirib.
"Lift problemi" teqi üzrə xəbərlər
- Bakıda liftdə köməksiz qalan şəxs xilas edildi
- Bakıda 140-dan çox binada liftlər yenilənəcək
- Azərbaycanın yeddi şəhərində liftlərlə bağlı tədbir görüləcək: 10 milyon manatadək vəsait ayrıldı
- Xalid Ələkbərov: "İstismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq"
- Bakıda xəstəxananın lifti qırıldı - Xəsarət alan var