Makedoniya parlamentinin binasında əldəqayırma partlayıcı qurğu tapılıb.
Oxu.Az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Bu barədə "MKD" xəbər portalı məlumat yayıb. Məlumata görə, partlayıcı maddə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirib, xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən gün parlamentin qarşısında minlərlə nümayişçi toplaşıb. Narazı kütlə ölkə bayraqları və millətçi plakatlarla yeni spiker alban əsilli Tələt Cəfərinin seçilməsinə etiraz ediblər.
İ.N.