Malayziyanın baş naziri Əhməd Zahid Həmidi Şimali Koreya vətəndaşlarının ölkədən çıxşına qadağa qoyub.
Oxu.Az Reuters-ə istinadən xəbər verir, bu, Şimali Koreyanın addımına cavab tədbiridir.
Daha öncə Şimali Koreya malayziyalıların ölkə ərazisindən çıxışına qadağa qoymuşdu. Səbəb isə Malayziya ərazisində yerləşən KXDR vətəndaşlarının və diplomatlarının təhlükəsizliyini qorumaq idi.
Malayziya hakimiyyəti KXDR qarşı martın 6-da vizasız rejimi ləğv edib və Şimali Koreya səfirindən Malayziyanı tərk etməyi tələb edib. Bundan başqa, Malayziya Şimali Koreya liderinin qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən KXDR vətəndaşı Ri Çon Çxolu deportasiya edib.
N.О.
www.oxu.az