Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Manisa və Çanaqqalada meşə yanğını: Tarixi döyüşlərin baş verdiyi ərazi bağlandı
Türkiyənin Çanaqqala və Manisa şəhərlərində baş verən meşə yanğınları güclənib.
Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Məlumata görə, Çanaqqalanın Eceabat rayonunda çıxan meşə yanğını zamanı alovlar qəfil güclənib və daha çox ərazini əhatə etməyə başlayıb. Tarixi Gelibolu yarımadasının Büyükanafarta kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yanğının nəzarət altına alınması üçün havadan və qurudan söndürülmə işlərinə başlanılıb.
Tarixi Gelibolu yarımadasında, Çanaqqala döyüşlərinin baş verdiyi ərazidəki 57-ci Alay Şəhidliyi və Conkbayırı bölgələri yanğın səbəbi ilə müvəqqəti olaraq ziyarətçilərə bağlanıb.
Həmçinin alovlara müdaxilə etmək üçün bölgəyə gedən xilasetmə qruplarının maşını digər maşınla toqquşub və nəticədə iki nəfər meşə təsərrüfatı işçisi yaralanıb, bəzi işçilər isə tüstüdən zəhərlənib. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib və sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Manisada isə yanğın ikinci gündür davam edir. Eyni nöqtədə ikinci yanğın dəfə yanğın baş verib və güclənib. Manisanın Gördes rayonundakı yanğınlara müdaxilə davam edir.
Rəylər