Meksikada naməlum şəxslər radioaktiv materialları oğurlayıblar, bir neçə ştatda həyəcan siqnalı elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli qəza-xilasetmə xidmətinin rəhbəri Luis Puenteyə istinadən “Reuters” məlumat yayıb.
Onun sözlərinə görə, Xalisko, Kolima, Nayarit, Aquaskalentes, Quanaxuato, Miçoakan, San-Luis-Potosi, Duranqo və Sakatekas ştatlarında həyəcan siqnalı elan ediblər.
Həmçinin qeyd edilir ki, hakimiyyət vətəndaşları oğurlanmış radioaktiv materialların yerinə dair istənilən informasiyanı bölüşməyə çağırıb.
N.О.
www.oxu.az