Meksikanın Xalisko ştatının Xokotepek şəhərində cinayətkarlarla polis əməkdaşları arasında atışma baş verib, hadisə nəticəsində beş nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər. Nəticədə asayiş keşikçiləri ilə cinayətkarlar arasında atışma baş verib.
İlkin məlumatlar göstərir ki, atışma zamanı öldürülənlərin hamısı cinayətkarlardır. Lakin bir neçə quldur qaçıb gizlənməyə müvəffəq olub. Hazırda onların axtarışı davam edir.
Polis əməkdaşları hadisə yerində cinayətkarlara məxsus bir neçə avtomobil və silahı müsadirə ediblər.
N.О.
www.oxu.az