Məşhur Hollivud aktyoru Harrison Ford kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində yaralanıb.
Oxu.Az-ın əcnəbi mətbuata istinadən verdiyi xəbərə görə, 72 yaşlı aktyorun idarə etdiyi təyyarə Los Anceles şəhəri ətrafında qolf meydançasına çırpılıb. Baş nahiyəsindən çoxlu sayda ciddi zədələr almış Ford ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Aytən Sadıqzadə