Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyəyev dövlət başçısı kimi ilk rəsmi səfərini Rusiyaya edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Özbəkistan hökumətində yüksək vəzifəli mənbə bildirib ki, özbək nazirlikləri gələn ilin əvvəllində inauqurasiyadan sonra baş tutacaq səfərə hazırlıqlara başlayıblar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə bildirib ki, Kremldə Özbəkistanın ilk rəsmi səfərini Moskvaya etmək niyyətini müsbət qiymətləndiriblər.
Ötən bazar Özbəkistanda prezident seçkiləri keçirilib, seçkilərdə Şövkət Mirziyəyev qələbə qazanıb.
N.O.
www.oxu.az