Rusiyalı polkovnik Ruslan Qalitski Hələbin qərb hissəsində yerləşən yaşayış kvartallarından birinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Polkovnik Ruslan Qalitski aldığı ağır yaralardan xəstəxanda ölüb. Rusiyalı hərbi həkimlər bir neçə sutka ərzində onun həyatı üçün mübarizə aparıblar.
Zabit Hələbin qərb hissəsində yerləşən yaşayış kvartallarından birinin yaraqlıları tərəfindən atəşə tutulması nəticəsində ölüb”, - məlumatda deyilir.
Ruslan Qalitski Suriyada rusiyalı hərbi müşavirlər qrupunu tərkibində tapşırıqları yerinə yetirirdi.
“Ruslan Qalitski komandanlıq tərəfindən ölümündən sonra ali dövlət mükafatına təqdim edilib”,- nazirlikdə bildiriblər.
N.O.
www.oxu.az