Moldovanın hazırkı Baş naziri Dorin Reçan parlament seçkisindən sonra Fəaliyyət və Həmrəylik Partiyasının yaratdığı hökumətə rəhbərlikdən imtina edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə D.Reçan özü mətbuat konfransında məlumat verib.
Moldova parlamentinin rəhbəri İqor Qrosu baş nazirin addımını belə əsaslandırıb:
"Biz Reçanın baş nazir postuna namizədliyini irəli sürməyi planlaşdırırdıq, lakin o bizə bildirdi ki, onun hökumətdəki səlahiyyətləri bu mərhələdə başa çatır. O, deputat mandatından da istefa verir və biznesə qayıtmaq niyyətindədir".
Qrosu bildirib ki, baş nazirliyə namizədin adı ölkə Prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra açıqlanacaq.