Moldovanın yeni prezidenti İqor Dodon müdafiə naziri Anatoli Şalarunu istefaya göndərib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu barədə Moldova prezidentinin “Facebook” səhifəsində yazılıb.
“Bir neçə dəqiqə əvvəl Şalarunun istefaya göndərilməsi haqqında sərəncam imzaladım”, - deyə İ. Dodon yazıb.
A. Şalaru “sovet işğalı muzeyi”nin yaradılması barədə bəyanatları ilə məşhurdur.
Keçən həftə səlahiyyətlərinin icrasına başlayan İ. Dodon Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətindədir.
N.О.