Moskva meriyası paytaxta Boris Nemtsovun xatirəsinə yürüş keçirmək müraciətinə razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva Regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbərinə istinadən RİA Novosti məlumat yayıb.
Bununla yanaşı, onun sözlərinə görə, hərəkət marşrutu üzrə meriyanın öz təklifləri var, bu təkliflər bir qədər sonra səslənəcək.
Daha öncə Boris Nemtsovun xatirəsinə yürüşün təşkilatçılarından biri Petr Tsarkov bildirib ki, fevralın 26-da meriyaya yürüşün keçirilməsinə icazə haqqında müraciət daxil olub.
Xatırladaq ki, rusiyalı siyasi xadim Boris Nemtsov 2015-ci ilin fevralın 27-də Moskvada qətlə yetirilib. Qətl hadisəsi üzrə Rusiya CM 105 (qətl) və 222 (qanunsuz silah dövriyyəsi) maddələri ilə cinayət işi açılıb. İstintaqla Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məşğul olur.
N.O.
www.oxu.az