Moskva Rusiya-İran-Azərbaycan üçtərəfli format çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“Həm İran, həm Azərbaycan, həm də Türkiyə bizim tərəfdaşlarımızdır. Biz prezidentlər səviyyəsində “Rusiya-Azərbaycan-İran” üçlüyünün görüşünü keçirmişik. Format bizə həm iqtisadi əməkdaşlıq, eləcə də infrastruktur, nəqliyyat və logistik nöqteyi-nəzərdən perspektivli görünür. Sözsüz ki, biz onun davamında maraqlıyıq”, - bunu Lavrov Moskvada Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə danışıqların nəticəsində bildirib.
N.О.
www.oxu.az