Moskvanın mərkəzində “Citybank”ın ofisində dörd nəfəri girov götürən iş adamı Aram Petrosyan polisə təslim olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Agentliyin mənbəsinin məlumatına əsasən, A.Petrosyanın partlayıcı qurğusu olmayıb. Onun boynundan asılmış sarı rəngli qutuda isə duz olub.
21:59
Moskvanın mərkəzində Aram Petrosyan adlı şəxs “Citybank”ın ofisində dörd nəfəri girov götürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
“İlkin araşdırmalara əsasən, banka hücum edən şəxsin 1961-ci il təvəllüdlü Aram Petrosyan olduğu müəyyən edilib. O bankın dörd əməkdaşını girov götürüb və tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə özünü partlacağını bildirib”, - mənbə deyib.
Hadisə yerinə Rusiya DİN rəhbəri Vladimir Kolokolçev və xüsusi təyinatlı polis dəstəsi gəlib.
Hazırda bankın yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Əraziyə kənar şəxslər buraxılmır. Ehtimal olunur ki, həmin şəxs bankın müflis olmuş müştərilərindən biridir. O, girov götürdüyü şəxslərin həyatlarına heç bir təhlükə olmadığını bildirib.