Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Moskvada erməni MMA döyüşçüsünə cinayət işi açıldı
Rusiyanın paytaxtı Moskvada erməni MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport Baza" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, yol polisi əməkdaşları Mixail Allahverdyanı idarə etdiyi "Cadillac Escalade" markalı avtomobili ilə saxlayıblar.
Polislər sənədləri yoxlayarkən avtomobildə sürücü oturacağının arxasında şübhəli dəri çantanın olduğunu görüblər. M.Allahverdyan çantada sənədlərin olduğunu bildirib. Lakin çantanı açanda polis əməkdaşı orada silah görüblər. M.Allahverdyan onu küçədə tapdığını və polisə aparmağa hazırlaşdığını iddia edib.
Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.
Hələlik M.Allahverdyan sərbəst buraxılıb. Lakin onun barəsində odlu silah gəzdirmək maddəsi ilə cinayət işi açılıb.

"Qarışıq döyüş sənəti (MMA)" teqi üzrə xəbərlər
- Nazim Sadıxov: "Bakıda keçiriləcək UFC-də döyüşmək böyük məsuliyyətdir"
- Nazim Sadıxovdan rəqibinə: "Dediklərinə görə döyüşdə cavab verməli olacaqsan"
- UFC-nin Bakı turnirində Tofiq Musayevin rəqibinin adı AÇIQLANDI
- Vüqar Kərəmovun növbəti döyüşünün vaxtı bəlli oldu
- Rusiyada MMA turnirində kütləvi dava: Tamaşaçılar döyüşçülərə və təhlükəsizlik əməkdaşlarına qarşı