Moskva küçələrindən birinə Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun adı veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva merinin və hökumətin portalında məlumat yayılıb.
Məlumata görə, A.Karlovun adını daşıyan küçə Rusiya Xarici İşlər Nazirliyi əməkdaşlarının yaşadığı məhəlləyə yaxın ərazidə yerləşir.
Bundan başqa, Karlovun oxuduğu 648 saylı məktəb də onun adını daşıyacaq.
Xatırladaq ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən keçmiş polis əməkdaşı Mövlud Mert Altıntaş tərəfindən qətlə yetirilib.
Ankara hakimiyyəti şəhərdəki küçələrdən birinə və səfirin qətlə yetirildiyi mədəniyyət mərkəzinə Andrey Karlovun adını verib.
N.О.
www.oxu.az