Rusiyanın Moskva şəhərində tikinti sənayesində kəskin işçi çatışmazlığı yaşanır. Paytaxtın vitse-meri Andrey Boçkarev bildirib ki, bu gün tikinti sahələrində əmək ehtiyatlarının çatışmazlığı 40 % təşkil edir.
Onun sözlərinə görə, vəziyyət miqrant sayının kütləvi azalması ilə bağlıdır. Əgər əvvəllər şəhər üzrə tikinti sahələrində 120 minə yaxın işçi çalışırdısa, indi bu rəqəm təxminən 3 dəfə azalıb. Boçkarev qeyd edib ki, indi tikinti sahəsində miqrantın orta əmək haqqı ayda 50-60 min rubl təşkil edir, lakin çoxları bundan da artıq pula işləmək istəmir.
O, Moskva tikinti sahələrində xarici işçi qüvvəsi cəlb etmədən mümkün olan fəaliyyət planı hazırlamaq vəzifəsini qoyub. Onun sözlərinə görə, bunun üçün tikinti prosesini texnoloji cəhətdən təkmilləşdirmək lazımdır ki, üç dəfə az adam tələb etsin. Bəzi obyektlərdə artıq təcrübə kimi bu formatda işlər aparılır.
Mənbə: Mk.ru