Moskvada 2025-ci ilin sonunda iki, ötən həftə isə bir polisin ölüm səbəbi bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk məlumat verib. Onun sözlərinə görə, buna səbəb polislərin yaxınlığında yerləşən obyektlərin uzaqdan partladılması olub.
"Bu yaxınlarda və ötən ilin sonunda ukraynalı cinayətkarların təsiri altında olan vətəndaşların hərəkətləri üç Moskva polisinin həyatına son qoyub. Hər iki cinayətin səbəbi onların daşıdıqları əşyaların uzaqdan partladılması olub", - deyə İrina Volk bildirib.
O izah edib ki, mobil rabitə, sosial media və ani mesajlaşma proqramları Ukrayna kəşfiyyat orqanları tərəfindən müxtəlif cinayətləri törətmək üçün aktiv şəkildə istifadə olunur.
"Əgər siz mesencer və ya telefon zəngi vasitəsilə təcili pul təklifləri, xüsusən də müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı hədələr və ya tələblər alırsınızsa, bu məlumatlara ehtiyatla yanaşın", - deyə o qeyd edib. Volkun sözlərinə görə, ilk baxışdan yaxşı maaşlı və zərərsiz görünən yarımştat iş ölümcül nəticələrə gətirib çıxara bilər.
Nazirliyin nümayəndəsi əlavə edib ki, vətəndaşlar şübhəli təkliflər alsalar və ya müəyyən hərəkətləri yerinə yetirmək üçün təzyiqə məruz qalsalar, dərhal nazirliyin qaynar xəttinə zəng edərək polisə məlumat versinlər.