Moskvanın cənub-qərbində General Tyulenev küçəsində yerləşən yaşayış binasının 9-cu mərtəbəsində partlayış və sonradan yanğın baş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 8-ci və 9-cu mərtəbələr arasında uçqun olub.
İlkin məlumata görə, üç nəfər ölüb. Zərərçəkənlərin sayı azı 13 nəfərdir, onların arasında uşaqlar da var.
Sakinlərin təxliyəsi həyata keçirilib. Yanğın artıq söndürülüb.
Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilib.