Belçikada, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının qərargahında çinəsilli Kanada vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RTBF məlumat yayıb.
Qadının üçüncü ölkənin xeyrinə casusluq etməkdə və cinayətkar təşkilatda iştirakda şübhəli bilindiyi qeyd olunur. Onun təcrübəçi vəzifəsində çalışdığı bildirilsə də, konkret olaraq hansı işlə məşğul olduğu açıqlanmır.
Casusluq işlərinə baxan Belçika Federal Prokurorluğu dərhal məlumatlandırılıb və istintaqın aparılması Şarlerua şəhərinin Federal Məhkəmə Polisinə həvalə edilib. Casusluq və cinayətkar təşkilatda iştirak ittihamları üzrə cinayət işi başlanıb. Şübhəli şəxsin evində və iş yerində axtarışlar aparılıb.