Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev bəyan edib ki, Moskva ümumilikdə neft hasilatının dondurulmasını dəstəkləməyə hazırdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Biz neft hasilatının dondurulması səylərini dəstəkləməyə hazır olduğumuzu demişdik. Dondurulma səviyyəsi – müzakirə edilməli məsələdir, ümumilikdə dəstək göstərməyə hazırıq”, - o bəyan edib.
Təşkilat ölkələri neftin hasilatını sutkada 32,5 milyon barelə qədər azaltmağa dair razılığa gəldikdən sonra OPEK noyabrda keçiriləcək sammitdə hər bir ölkəsi üçün neft hasilatı səviyyəsini müəyyənləşdirəcək.
N.O.
www.oxu.az