Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Netanyahudan İran xalqına: "Ölkəniz düşündüyünüzdən daha tez azad olacaq"
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına birbaşa videomüraciət edərək, ölkəsinin bütün qonşuları ilə sülhə nail olmağa çalışdığını və onların arasında azad İranı görmək istədiyini bildirib.
Oxu.Az xəbər verir ki, videomüraciət Netanyahunun "X" səhifəsində yerləşdirilib.
O əlavə edib ki, bu, çoxlarının düşündüyündən tez baş verə bilər.
"Mən açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə barışığın tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz bunu bilirsiniz. Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz, ancaq sizə zülm edən və bizi təhdid edən bir rejim altında əziyyət çəkirsiniz. Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq.
Mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən də tez həyata keçirəcəyik. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh qalasına çevirəcəyik", - baş nazir əlavə edib.
An important message to the people of Iran >> pic.twitter.com/HX0UXNjQj7
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu) December 12, 2024
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- Trampın qayıdışı ərəfəsində İsrail İrana hücum planlayır?
- Netanyahu: "İsrail İranın şər oxununun barmağını kəsməkdə qərarlıdır"
- Hakan Fidan: "İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm"
- İsraildə İran casusu saxlanılıb: Terror aktı planlaşdırırdı
- İsrail Suriyadan sonra İranın nüvə obyektlərinə zərbələr endirə bilər
Rəylər