Liviyanın baş naziri Əli Zeydan naməlum silahlılar tərəfindən oğurlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Reuters-in verdiyi məlumata görə, Liviyanın rəsmi orqanları baş nazirin oğurlanması faktını təsdiqləyiblər.
“Sky News” və “Əl-Ərəbiyyə” telekanalları Əli Zeydanın paytaxt Tripolidəki otellərin birindən qaçırılaraq naməlum istiqamətə aparıldığını xəbər veriblər.
Otelin əməkdaşı CNN-ə bildirib ki, olay zamanı silahlılar özlərini yaxşı aparıblar, otelin digər müştərilərinə narahatlıq yaratmayıblar və atəş açmayıblar.
Qeyd edək ki, Ə.Zeydan 2012-ci ilin oktyabrından baş nazir vəzifəsində çalışır.